Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatına start verilib.
“Report” xəbər verir ki, yarışın ilk günü qadınlar arasında bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.
Aynur Camalova (48 kq), Gülnar Paşayeva (52 kq), Şəfəq Məmmədova (57 kq), Nuriyyə Axundova (63 kq), Südabə Ağayeva (78 kq) və Mehriban İmanzadə (+78 kq) birinci olublar. Kişilərin mübarizəsində isə Yaşar Nəcəfovla (66 kq) Əkbər Quliyev (81 kq) qızıl medal qazanıblar.
İki gün davam edəcək paytaxt birinciliyində 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparacaq.