Yuxarı

Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb - VİDEO

Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb - VİDEO

Bakı. 24 fevral. REPORT.AZ/ "Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, ölkə birinciliyinin sonuncu günündə oğlanlar arasında altı çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

Elçin Hüseynov (66 kq), Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Azər Yaqublu (90 kq), Adil Kərimli (100 kq) və Ayxan Cəfərov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi