Azərbaycan Cüdo Federasiyasının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib - VİDEO - YENİLƏNİB

Azərbaycan Cüdo Federasiyasının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Fərdi
28 Dekabr , 2018 12:32
Azərbaycan Cüdo Federasiyasının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib - VİDEO - YENİLƏNİB
Report/ Firi Salim
0 : 00
0 : 00

Video əlavə olunub


*** 10:40

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunmuş tədbirdə federasiya prezidenti Rövnəq Abdullayev 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibətilə təbrikini çatdırıb. O bildirib ki, 2018-ci il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb.

Baş katib Elmar Babanlı il ərzində görülmüş işlər barədə məlumat verib. O, idmançıların göstərilən etimadı doğrultduqlarını söyləyib. Baş katibin sözlərinə görə, 39 beynəlxalq yarışda 177 medal qazanılıb ki, onlardan 48-si qızıl, 46-sı gümüş, 83-ü bürünc olub. E.Babanlı Bakıda keçirilmiş dünya çempionatında 124 ölkədən 755 idmançının iştirak etdiyini və mundialın yüksək səviyyədə təşkil olunduğunu xatırladıb. O, həm Avropa, həm də dünya çempionatında qazanılmış medallara diqqət çəkib. Gənclər və yeniyetmələrin göstərdikləri nailiyyətlərə də diqqət çəkən ACF rəsmisi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Vüqar Talıbovun qızıl medal qazandığını vurğulayıb, infrastruktur layihələri, regionlardakı yarışlardan da danışıb.

Baş katib 2019-cu ildə çıxış edəcəkləri yarışlardan da söz açarkən, mayda Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş Böyük Dəbilqə turnirinin təşkil olunacağını vurğulayıb.

Daha sonra maliyyə hesabatı dinlənilib. Ardından il ərzində fərqlənmiş idmançı və məşqçilər mükafatlandırılıb.

Sonda R.Abdullayev 2019-cu ilin Azərbaycan cüdosu üçün çətin olacağını söyləyib: “Bütün yarışlarda iştirak edərək, maksimum lisenziya qazanmalıyıq. Məşqçilərimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bütün çəki dərəcələrində lisenziya qazanmaq üzərində çalışmalıdırlar. Ümidvaram ki, cüdonun vətənində Azərbaycan yüksək səviyyədə təmsil olunacaq”.

Son xəbərlər

Orphus sistemi