Yuxarı

Cəmaləddin Məhəmmədov: "Qazaxıstan güləşçisinə qalib gələcəyimə inanırdım" - FOTO

Cəmaləddin Məhəmmədov: "Qazaxıstan güləşçisinə qalib gələcəyimə inanırdım" - FOTO
İslamiada qalibi Heydər Əliyev adına Qızıl qran-pri turnirində və dünya çempionatında qızıl medal qazanmağı hədəflədiyini deyib​

Bakı. 20 may. REPORT.AZ/ "Finaldakı rəqibim Qazaxıstan güləşçisi idi. O, hesabda irəlidə olsa da, qalib gələcəyimə inanırdım".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Cəmaləddin Məhəmmədov deyib.

C.Məhəmmədov İslamiadaya hazırlaşmağından da danışıb:"Avropa çempionatına getmək istəmirdim. İslam Oyunları ölkəmizdə keçirildiyi üçün daha çox məsuliyyətli idi və ona görə də yarışlara daha yaxşı hazırlaşmaq istəyirdim. Amma sağ olsunlar ki, məni inandırdılar və Avropa çempionatında gümüş medal qazandım".

İslamiada qalibi Heydər Əliyev adına Qızıl Qran-pri turnirində və dünya çempionatında da qızıl medal qazanmağı hədəflədiyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi