Britaniyalı boksçu rinqdə aldığı zədələrdən ölüb

Britaniyalı boksçu rinqdə aldığı zədələrdən ölüb İdmançı 5-ci raundda nokauta düşüb və rinqi xərəkdə tərk edib
Fərdi
1 Oktyabr , 2016 04:42
Britaniyalı boksçu rinqdə aldığı zədələrdən ölüb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Orta çəkidə çıxış edən britaniyalı boksçu Mayk Touell Deyl Evans ilə döyüş zamanı aldığı zədələrdən keçinib.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Qarşılaşma cümə axşamı Qlazqo şəhərində baş tutub. Touell görüşün 5-ci raundunda ağır nokauta düşüb və rinqi xərəkdə tərk edib, daha sonra xəstəxanaya aparılıb.

Boksçunun menecerinin sözlərinə görə, Touell ciddi zədə alıb və yalnız süni nəfəs aparatı ilə nəfəs ala bilib. Şənbə günü idmançı 26 yaşında dünyasını dəyişib.

O, Evansla döyüşə qədər peşəkar rinqdə 1 heç-heçə olmaqla 11 qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi