Yuxarı

Boks yarışı zamanı kəllə-beyin travması alan döyüşçü ölüb

Boks yarışı zamanı kəllə-beyin travması alan döyüşçü ölüb
Tim Heyq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

Bakı. 19 iyun. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) sabiq iştirakçısı Tim Heyq boks yarışı zamanı aldığı zədədən dünyasını dəyişib.

“Report”un “World Boxing News”a istinadən verdiyi məlumata görə, 34 yaşlı kanadalı idmançı sabiq amerikan futbolçusu Adam Breydvudla döyüşünün 2-ci raundunda nokaut olduqdan sonra kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

Döyüşçünün beyninə qan yayılmasının qarşısını almaq üçün əməliyyat aparılsa da, o, komaya düşüb. Bir müddət sonra isə idmançının ürəyi dayanıb.

Qeyd edək ki, Tim Heyq UFC-də keçirdiyi 34 görüşün 21-də qalib gəldiyi halda, 13-də uduzub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi