Yuxarı

Beynəlxalq Velosipedçilər İttifaqına yeni prezident seçilib

Quruma fransalı David Lappartyen rəhbərlik edəcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti müəyyənləşib.

“Report” xəbər verir ki, qurumun Norveçin Bergen şəhərində baş tutan Konqresində fransalı David Lappartyen bu posta seçilib. O, 33 səslə qalib olub. 2013-cü ildən ittifaqa rəhbərlik edən britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.

D.Lappartyenin 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur.

Qeyd edək ki, Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib. F.Əliyev UEC-in səs hüququna malik 15 səlahiyyətli nümayəndəsindən biri kimi UCİ prezidenti seçkisində iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi