Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib "Bu, 1992-ci il olimpiadasının keçirildiyi şəhərdəki olimpiya dəyərlərinə də hücum deməkdir"
Fərdi
18 Avqust , 2017 09:53
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib

Bakı. 18 avqust. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax İspaniyanın Barselona şəhərində baş vermiş terror aktını pisləyib. 

"Report"un məlumatına görə, almaniyalı funksioner dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. 

"Barselonadakı terror aktı 1992-ci il olimpiadasının keçirildiyi şəhərdəki olimpiya dəyərlərinə də hücum deməkdir. Biz bu hadisəni pisləyirik. Bütün zərərçəkənlər, onların ailələri və dostlarının yanındayıq" - T.Bax İOC-un "Twitter" mikrobloqunda yazıb. 

Qeyd edək ki, avqustun 17-də mikroavtobus Barselonanın mərkəzində piyadaların hərəkət etdiyi Rambla küçəsinə daxil olub. Nəticədə 13 nəfər ölüb, 100-dən çox insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi