Berni Ekklstoun "Formula 1" üzrə Qran-prilərin təşkilatçıları ilə “Liberty Media” arasındakı münaqişəyə münasibət bildirib

Berni Ekklstoun "Formula 1" üzrə Qran-prilərin təşkilatçıları ilə “Liberty Media” arasındakı münaqişəyə münasibət bildirib Bakı. 30 yanvar. REPORT.AZ/ “Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun Qran-prinin əksər təşkilatçıları ilə brendin hazırkı sahibi “Liberty Media”nın rəhbərliyi arasındakı münaqişənin tənzimlənməsinə köməklik göstərməyə hazırdır.
Fərdi
30 Yanvar , 2019 12:34
Berni Ekklstoun Formula 1 üzrə Qran-prilərin təşkilatçıları ilə “Liberty Media” arasındakı münaqişəyə münasibət bildirib

Bakı. 30 yanvar. REPORT.AZ/ “Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun Qran-prinin əksər təşkilatçıları ilə brendin hazırkı sahibi “Liberty Media”nın rəhbərliyi arasındakı münaqişənin tənzimlənməsinə köməklik göstərməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə 89 yaşlı britaniyalı iş adamının özü “Daily Mail”ə açıqlamasında bildirib. O, vaxtilə sahibi olduğu “Formula 1”in süqutunu görmək istəmədiyini deyib: “Hər şey onlardan asılıdır. Mən şirkətin əməkdaşıyam və nə söyləsələr, onu da edəcəyəm. Yaratdığım idman növünün dağdan dığırlandığını ölüm yatağında uzanaraq, görmək istəmirəm”.

Qeyd edək ki, “Formula”in 21 təşkilatçısından 16-sı Promouterlər Assosiasiyasında (FOPA) bir araya gələrək, rəsmi bəyanat yayıblar. Azərbaycan, Rusiya, Bəhreyn, Sinqapur və Abu-Dabi Qran-prilərinin promouterlərinin imza atmadıqları bəyanatda təşkilatçılar “Liberty Media”nın iş prinsiplərini tənqid ediblər. Onlar yarışı televiziya vasitəsilə pulsuz izləməyin tədricən məhdudlaşdırılmasından, bir sıra önəmli məsələlərinin müzakirəsinə buraxılmamasından və digər başqa məqamlardan narazıdırlar.

Son xəbərlər

Orphus sistemi