Bakı. 13 avqust. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında marafon qaçışı zamanı burnundan qan açılmasına baxmayaraq, Belarus atleti Olqa Mazuryonok qalib olub.
"Report" xəbər verir ki, 29 yaşlı idmançı finişə 2 saat 26 dəqiqə 22 saniyəyə çatıb. Tibb işçiləri qaçış gedə-gedə ona kömək göstərməyə çalışıblar. Lakin Mazuryonokun burnundakı qanaxma yalnız yarışın 17 kilometrliyində dayanıb.
Qeyd edək ki, Belarus yığması Avropa çempionatında ümumilikdə 6 medal qazanıb.