Belarus idmançısı Qış Olimpiya Oyunlarının qalibi olub

Belarus idmançısı Qış Olimpiya Oyunlarının qalibi olub Bakı. 16 fevral. REPORT.AZ/ Belarus idmançısı Anna Quskova xizəksürmənin fristayl növündə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının qalibi olub.
Fərdi
16 Fevral , 2018 17:54
Belarus idmançısı Qış Olimpiya Oyunlarının qalibi olub

Bakı. 16 fevral. REPORT.AZ/ Belarus idmançısı Anna Quskova xizəksürmənin fristayl növündə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının qalibi olub.

“Report” xəbər verir ki, 26 yaşlı xanım idmançı 96,14 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. 

Gümüş və bürünc medalları isə çinlilər qazanıblar. Sin Çjan ikinci, Fanyuy Kun isə üçüncü yeri tutub.

Qadınlar arasında konki sürmə növündə 5 min metr məsafəyə yarışda isə hollandiyalı Esme Visser çempion olub. Çexiyalı Martina Sablikova gümüş, rusiyalı Natalya Voronina isə bürünc medal əldə edib. 

Son xəbərlər

Orphus sistemi