Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının maskotu təqdim olunub

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının maskotu təqdim olunub Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının maskotu ABŞ-dan gətirilib.
Fərdi
14 May , 2019 17:26
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının maskotu təqdim olunub

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının maskotu ABŞ-dan gətirilib.

"Report"un məlumatına görə, bu Luici adlı meymundur. Bu gün həmçinin yarışın açılış mərasimi ilə bağlı məşq olub. Burada maskot təqdim olunub və açılış mərasiminin məşqi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə mayın 16-da yarışa start veriləcəyini və 4 gün davam edəcəyini deyib: "Yarışın ilk günü açılış mərasimi keçiriləcək. Açılış mərasimində gimnastlar rəngarəng çıxışlar sərgiləyəcək. Sonra isə qrup hərəkətləri komandalarının yarışları başlayacaq. İkinci gündə də təsnifat yarışları olacaq. Son iki gündə isə finallar bizi gözləyir. Hər bir tamaşaçını Avropa çempionatına baxmağa dəvət edirik. Bütün gimnastika sevərləri burada gözləyirik".

Məmmədzadə daha öncə aprel ayında "AGF Junior Trophy" adlı beynəlxalq yarışın keçirildiyini xatırladıb. O, həmin turnirdə Azərbaycanın qrup hərəkətləri komandasının medallar əldə etdiyini bildirib: "Həmin komandamız bu Avropa çempionatında iştirak edəcək. Fərdi çıxışlarda isə Zöhrə Ağamirova və Veronika Hudis Azərbaycanı təmsil edəcək. Ağamirova isə Dünya Kuboklarında final mərhələsinə yüksəlib. İlk növbədə onlardan yaxşı çıxış gözləyirik".

Maskot Luici isə çıxışında hər kəsi salamlayıb. ABŞ-ın "Çikaqo Bullz" komandasının maskotu yarışlarda meymun obrazı yaradacağını vurğulayıb: "Möhtəşəm açılış mərasimi olacaq. Hər kəs gəlsin və yarışı canlı izləsin".

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatı 16 - 19 mayda Milli Gimnastika Arenasında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi