Yuxarı

Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vurulub

Bakı. 16 aprel. REPORT.AZ/ Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vurulub.

“Report” xəbər verir ki, həm böyüklər, həm də gənclər arasında keçirilən bu çempionatda 25 ölkədən hər üç növ üzrə ümumilikdə 400-dən çox idmançı mübarizə aparıb.

Dörd gün davam edən Avropa çempionatında gimnastlarımız ölkəmizə bir qızıl və iki gümüş medal qazandırıb.

Azərbaycanı təmsil edən Mixail Malkin tramblinq növündə bütün rəqiblərdən çox xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında batut gimnastikası üzrə yarışlarda təmsilçilərimiz Veronika Zemlianaia və Sviatlana Makştarova cütlüyü gümüş medala layiq görülüblər.

Qeyd edək ki, 26-cı Avropa çempionatında yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə ediblər.

Yarışın sonuncu günündə Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov 27-ci Avropa çempionatına ev sahibliyi edəcək İsveç Gimnastika Federasiyasının nümayəndələrinə bayrağı təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi