Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır

Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır Tbilisi. 21 sentyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhəri sentyabrın 23-də start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasını qəbul etməyə hazırdır.
Fərdi
21 Sentyabr , 2018 18:14
Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır

Tbilisi. 21 sentyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhəri sentyabrın 23-də start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasını qəbul etməyə hazırdır.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Şahmat Peşəkarları Assosiasiyasının prezidenti Emil Sutovski, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) baş direktoru Ceffri Borq, Acarıstan Muxtar Repsublikasının hökumət başçısı Tornike Rijvadze, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili olimpiadaya hazırlıq işləri ilə tanış olublar.

Olimpiadanın keçirilməsi üçün Batumidə yeni çoxfunksiyalı idman kompleksi inşa olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsoru olduğu olimpiadada 180 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Azərbaycanı yarışda Qədir Hüseynovun kapitanı olduğu 5 qrossmeysterdən ibarət komanda təmsil edəcək.

Olimpiada çərçivəsində oktyabrın 3-də FIDE-nin 89-cu Baş Assambleyası da keçiriləcək və federasiyanın yeni prezidenti seçiləcək. 

Son xəbərlər

Orphus sistemi