Bakıda keçirilməsi planlaşdırılan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb.
Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan tərəfinin çıxardığı qərar Beynəlxalq Cüdo Federasiyasının da diqqətinə çatdırılıb.
Qeyd edək ki, Böyük Dəbilqə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Olimpiada 24 iyul - 9 avqustda keçirilməlidir.