Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının promo-videoçarxı təqdim olunub

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının promo-videoçarxı təqdim olunub Videoda Azərbaycan Odlar Yurdu və Cüdo Yurdu kimi təqdim olunur
Fərdi
1 Sentyabr , 2018 16:25
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının promo-videoçarxı təqdim olunub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə bağlı promo-videoçarx hazırlanıb.

"Report" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında yerləşdirilən videoda Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar Yurdu və Cüdo Yurdu kimi təqdim olunur.

"Cüdo ulduzları sentyabrda Azərbaycanda ilin ən böyük idman tədbiri sayılan dünya çempionatında qarşılaşa bilərlər. Bizə qoşulun ki, cüdoçuların idman dəyərlərindən necə dərs keçdiklərini, Odlar Yurdunun həm də Cüdo Yurdu olduğunu görəsiniz", - promo-videoçarxda vurğulanır.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi