Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq

Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq.
Fərdi
26 Aprel , 2018 17:09
Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq.

"Report"un məlumatına görə, “AS Qrup İnvestment” şirkətlər qrupunun dəstəyi, “BoomBox” şirkətinin təşkilatçılığı ilə mayın 4-də Bakı Əl Oyunları Sarayında keçiriləcək boks gecəsində 4 titul uğrunda döyüşlər baş tutacaq.

Dünyanın 5 ölkəsindən 10-dan çox boksçu arasında döyüşlərdə WBC Youth, IBF International, WBA Continental və WBA Inter-Continental kateqoriyaları üzrə çempionlar müəyyənləşəcək.

Gecənin əsas döyüşündə azərbaycanlı Ramil Hacıyev WBC Youth versiyası üzrə dünya çempionu kəməri uğurunda rinqə çıxacaq. Əvvəlcə onun rəqibi britaniyalı Tey Linn olaraq təsdiqlənmişdi. Lakin daha sonra əcnəbi boksçu belində olan zədəyə görə döyüşdə iştirak edə bilməyəcəyini açıqlayıb. Hacıyevin rəqibi olaraq isə dünya reytinqində "Top 100"də olan Mateo Veron seçilib.

Yarışda həmçinin məşhur rusiyalı Həsən və Hüseyn Baysanqurov qardaşları öz titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar WBA və IBF üzrə 3 titul uğrunda döyüşəcəklər. Həsən Baysunqurov WBA Continental versiyası üzrə çempion kəmərini Quido Pitodan almağa çalışacaq. Onun böyük qardaşı Hüseyn Baysunqurov isə özünün IBF International və WBA Inter-Continental versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün Antonio Villalobosla qarşılaşacaq.

Bu döyüşlərdən əlavə, daha 5 qarşılaşma keçiriləcək. Boks turnirlərində rast gəlinən ənənəvi və məşhur şoularla birlikdə proqramın 5 saatadək davam etməsi gözlənilir. Bütün proqram “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi