Bakıdakı daha bir gimnastika yarışı təxirə salındı

Bakıdakı daha bir gimnastika yarışı təxirə salındı Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.
Fərdi
16 Mart , 2020 16:34
Bakıdakı daha bir gimnastika yarışı təxirə salındı
0 : 00
0 : 00

Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.

"Report" Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni tarix bir müddət sonra açıqlanacaq. 

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku 24 - 26 apreldə keçirilməli idi.

Qeyd edək ki, daha öncə 17 - 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. Mart ayında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi