Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Fərdi
17 Sentyabr , 2018 22:58
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) İcraiyyə Komitəsinin iclası keçirilib.

"Report" xəbər verir ki, "Hilton" otelində təşkil olunmuş iclasda Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, IJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev çıxış edərək bir neçə gündən sonra Bakıda start götürəcək dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib.

“İnanıram ki, bu dünya çempionatı istər iştirakçı ölkələrin və idmançıların sayına, istərsə də təşkilati yüksək səviyyəsinə görə cüdo tarixində ilklərə imza atarak unudulmaz bir ana çevriləcək. Bir faktı xüsusilə qeyd edim ki, dövlətin idman sahəsinə göstərdiyi yüksək qayğı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bir çox beynəlxalq idman təşkilatları qitə və dünya səviyyəli yarışların keçirilməsini ölkəmizə etimad edib və Azərbaycan yüksək səviyyəli çempionatların keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Ümid edirəm ki, cüdo üzrə dünya çempionatı da ən yüksək səviyyədə keçiriləcək və İcraiyyə Komitəsinin üzvləri ölkəmizin qonaqpərvərliyindən məmnun qalacaqlar” deyə R.Abdullayev bildirib.

IJF prezidenti Marius Vizer isə Bakıdakı dünya çempionatında bir çox yeniliklərin olacağını vurğulayıb. O, İcraiyyə Komitəsinin yığıncağında gündəlikdə duran məsələlərin vacibliyini qeyd edib. M.Vizer bildirib ki, iclasda dünya çempionatlarında komanda yarışları, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq və Yeniyetmələrin III Yay Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzunmüddətli təqvim və digər idman məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi