“Bakı Marafonu 2018”in qalibləri mükafatlandırılıb - FOTOREPORTAJ

“Bakı Marafonu 2018”in qalibləri mükafatlandırılıb - FOTOREPORTAJ Yarış Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilib
Fərdi
13 May , 2018 16:14
“Bakı Marafonu 2018”in qalibləri mükafatlandırılıb - FOTOREPORTAJ
Report

Bakı. 13 may. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2018”in kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

“Report” xəbər verir ki, mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafatlarla, eləcə də medallarla təltif ediliblər.

Kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxıb. Qadınların arasında isə türkiyəli Çelik Fadimə, ukraynalı Valentina Poltavska, Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-III yerləri tutublar.

Həmçinin “Azercell” şirkətinin köynəyində yarışanlar arasında qalib olan Namiq Əsədova, ikinci yeri tutan Samir Paşayevə və üçüncü olan Tural Sadıxlıya isə müxtəlif hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi