Yuxarı
    Bağlamaq

    "Bakı Marafonu 2017"yə hazırlıq məqsədi ilə əyləncə və məşq günü tədbiri keçirilib

    Bu gün saat 15:00-a qədər marafona qeydiyyat pulsuz olub

    Bakı. 8 aprel. REPORT.AZ/ "Bakı Marafonu 2017"yə hazırlıq məqsədi ilə əyləncə və məşq günü tədbiri keçirilib.

    “Report”un məlumatına görə, Dövlət Bayrağı Meydanında bir araya gələn iştirakçılar Kulka Teatrınadək yürüş ediblər.

    Daha sonra bulvarda konsert və viktorinalar təşkil olunub. İştirakçılar marafonun sponsorları - “Coca Cola”, “Go Sport”, “Türk Hava Yolları”, “Alfa Romeo”, “Huawei”, “Azər Türk Bank”dan müxtəlif hədiyyələr qazanıblar.

    Bu gün saat 15:00-a qədər marafona qeydiyyat pulsuz olub və qaçış həvəskarları bu fürsətdən yararlanıblar.

    Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017" saat 10:00-da start götürəcək. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidir. Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, qeydiyyat zamanı onlardan heç vəsait tələb olunmur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi