“Bakı Marafonu 2017”nin nümayəndələri ATU-nun tələbə və müəllim heyəti ilə görüşüb

“Bakı Marafonu 2017”nin nümayəndələri ATU-nun tələbə və müəllim heyəti ilə görüşüb Tədbirdə 200-dən çox tələbə iştirak edib
Fərdi
28 Mart , 2017 19:52
“Bakı Marafonu 2017”nin nümayəndələri ATU-nun tələbə və müəllim heyəti ilə görüşüb

Bakı. 28 mart. REPORT.AZ/ “Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Azərbaycan Texniki Universitetinin (ATU) tələbə və müəllim heyəti ilə görüşüb. 

"Report"un layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə 200-dən çox tələbə iştirak edib.

Görüşdə "Bakı Marafonu"nda iştirak qaydaları, qeydiyyat prosesi, marşrut barəsində iştirakçılara geniş məlumat verilib.

Marafonun sponsorlarından olan “AzerTürkBank”ın nümayəndəsi qaliblər üçün nəzərdə tutulan mükafatlar barədə məlumatı tələbələrin nəzərinə çatdırıb.

Digər tərəfdaş “GoSport” idman malları mağazaları şəbəkəsinin nümayəndəsi isə qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barəsində tələbələrə məsləhətlərini verib.

Marafona hazırlıq mərhələsi və hər həftənin şənbə-bazar günləri keçirilən təlimlər barəsində məlumat verilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, bu il aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi