Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə olub - VİDEO

Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə olub - VİDEO Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında maraqlı hadisə baş verib.
Fərdi
15 Sentyabr , 2019 11:55
Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə olub - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında maraqlı hadisə baş verib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, yunan-Roma güləşi üzrə 97 kq çəki dərəcəsində ABŞ təmsilçisi Treysi Qangelo Hankok və ukraynalı Nikolay Krısov arasındakı 1/16 final görüşünə təsadüf edib.

İlk hissənin son saniyələrində Hankok Krısovu döşəkdən kənara atarkən, rəqib reklam lövhəsinin üzərinə, ardınca isə qonşu döşəyə düşüb.

Qarşılaşmanı azərbaycanlı referi Asif Şirəliyev idarə edib.

Son xəbərlər

Orphus sistemi