Azərbaycanlı boksçu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanlı boksçu Avropa çempionatında bürünc medal qazanıb Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.
Fərdi
16 Mart , 2019 09:23
Azərbaycanlı boksçu Avropa çempionatında bürünc medal qazanıb

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. 

"Report" Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımfinal mərhələsinin ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. 

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından Hüseynov bürünc medalla kifayətlənib. Bu, Azərbaycan millisinin Vladiqafqazda ilk mükafatı olub.

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda Cəbrayıl Yelekov (81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) döyüşəcək.

Son xəbərlər

Orphus sistemi