Azərbaycanlı atletlər Manavqat ultramarafonunda iştirak ediblər

Azərbaycanlı atletlər Manavqat ultramarafonunda iştirak ediblər Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanlı atletlər Elşən Quliyev və Nərmin Quliyeva Türkiyənin Antalya bölgəsində Manavqat ultramarafonunda iştirak ediblər.
Fərdi
12 Fevral , 2018 10:19
Azərbaycanlı atletlər Manavqat ultramarafonunda iştirak ediblər

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanlı atletlər Elşən Quliyev və Nərmin Quliyeva Türkiyənin Antalya bölgəsində Manavqat ultramarafonunda iştirak ediblər.

“Report”un məlumatına görə, “Baku Marafon Club”un üzvləri 70 km məsafə üzrə yarışıblar. İştirakçılara məsafəni qət etmək üçün 13 saat vaxt verilib. E.Quliyev finiş xəttini 11 saat 10 dəqiqəyə, N.Quliyeva isə 11 saat 20 dəqiqəyə keçib. Xanım atlet öz qrupunda 5-ci yeri tutub.

Hər iki idmançı ultramarafonun xüsusi medalı ilə təltif olunub. Onlar həmçinin 27 avqust – 2 sentyabrda təşkil olunacaq “Mont Blanc” ultramarafonuna 3 lisenziya xalı qazanıblar.

Son xəbərlər

Orphus sistemi