​Azərbaycanın veteran atletləri Avropa Oyunlarında 1 qızıl, 4 gümüş medal qazanıb

​Azərbaycanın veteran atletləri Avropa Oyunlarında 1 qızıl, 4 gümüş medal qazanıb Tamilla Bünyatova nizə atma növündə Oyunların qalibi olub
Fərdi
16 Oktyabr , 2015 10:13
​Azərbaycanın veteran atletləri Avropa Oyunlarında 1 qızıl, 4 gümüş medal qazanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Fransanın Nitsa şəhərində atletika idman növü üzrə veteranlar arasında Avropa Oyunlarında Azərbaycan idmançısı qızıl medal qazanıb. Azərbaycan Atletika Federasiyasından "Report"a verilən məlumata görə, Tamilla Bünyatova nizə atma növündə yarışların qalibi olub.

Albert Menyayev nüvə itələmə və şüvüllə tullanma, Sadıq Sadıqov 800 və1500 metr məsafəyə qaçışda gümüş medal qazanıb. Nəticədə Azərbaycanın 3 veteran atleti yarışı 1 qızıl və 4 gümüş medalla başa vurub.

Son xəbərlər

Orphus sistemi