Azərbaycanın sərbəst güləşçiləri dünya reytinqində 2-ci yeri tutub

Azərbaycanın sərbəst güləşçiləri dünya reytinqində 2-ci yeri tutub 15 güləşçidən 7-si ilk onluğa daxil olub
Fərdi
5 Yanvar , 2017 11:44
Azərbaycanın sərbəst güləşçiləri dünya reytinqində 2-ci yeri tutub

Bakı. 4 yanvar. REPORT.AZ/ Dünya Güləş Birliyi 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycanın sərbəst güləşçilərindən 15-i siyahıda yer alıb.

Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) 3-cüdür.

Qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub. 

Son xəbərlər

Orphus sistemi