Yuxarı

Azərbaycanın şahmat millisi dünya çempionatında ilk xalını qazanıb

Bakı. 7 mart. REPORT.AZ/ Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının üçüncü turunda yerli komanda ilə üz-üzə gəlib.

"Report" xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 2:2. Yığmanın heyətində Arkadi NaydiçQədir Hüseynov görüşlərini heç-heçə ilə başa vurub. Nicat Abbasov qələbə qazansa da, Rauf Məmmədov rəqibinə uduzub.

Dünya çempionatı, III tur

Qazaxıstan - Azərbaycan - 2:2

Rinat Cumbayev - Arkadi Naydiç - 0,5:0,5

Ənvər İsmaqambetov - Rauf Məmmədov - 0:1 

Murtaz Kajqaleyev - Qədir Hüseynov - 0,5:0,5

Pyotr Kostenko - Nicat Abbasov - 0:1

III turun digər qarşılaşmaları

İran - İsveç - 3.5:0.5

Misir - Hindistan - 0:3

Çin - Rusiya - 1.5:2.5

İngiltərə - ABŞ - 2:2 

Qeyd edək ki, Azərbaycan millisi ilk 2 turda Çin və İngiltərəyə uduzub. III turdan sonra Rusiya 6 xalla vahid liderdir. Hindistan, ABŞ və İngiltərə 5 xalla 2-4-cü, 3 xalı olan İran və Qazaxıstan isə 5-6-cı yerləri bölüşürlər. 2 xala malik Çin 7-ci, bir xalı olan Azərbaycan isə 8-ci pillədə qərarlaşıb. Misir və İsveçin isə xalı yoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi