Azərbaycanın şahmat komandası dünya çempionatında növbəti xalını qazanıb

Azərbaycanın şahmat komandası dünya çempionatında növbəti xalını qazanıb Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında VIII turun oyununu keçirib.
Fərdi
13 Mart , 2019 18:15
Azərbaycanın şahmat komandası dünya çempionatında növbəti xalını qazanıb

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında VIII turun oyununu keçirib.

"Report" xəbər verir ki, rəqib İran yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Komandanın heyətində Qədir HüseynovNicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub.

Rauf Məmmədov rəqibini məğlub edib, Arkadi Naydiç isə uduzub.

Dünya çempionatı, VIII tur

İran - Azərbaycan - 2:2

Parham Maqsudlu - Arkadi Naydiç - 1:0

Puya İdani - Rauf Məmmədov - 0:1

Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5

Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan komandası 6-cı, İran isə 8-ci xalını qazanıb. Dünya çempionatına sabah yekun vurulacaq.  

Son xəbərlər

Orphus sistemi