Yuxarı

Azərbaycanın qadın cüdoçuları Sloveniyada 2 qızıl, 3 gümüş medal qazanıblar - FOTO

​Azərbaycanın qadın cüdoçuları Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürün

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.

40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar. Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.

Yarışda +70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi