Azərbaycanın qadın cüdoçuları Sloveniyada 2 qızıl, 3 gümüş medal qazanıblar - FOTO

Azərbaycanın qadın cüdoçuları Sloveniyada 2 qızıl, 3 gümüş medal qazanıblar - FOTO Sloveniyanın Qradeç şəhərində cüdo üzrə Koroşka açıq beynəlxalq turniri keçirilib.
Fərdi
20 Oktyabr , 2019 00:37
Azərbaycanın qadın cüdoçuları Sloveniyada 2 qızıl, 3 gümüş medal qazanıblar - FOTO

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.

40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar. Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.

Yarışda +70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi