Azərbaycanın paralimpiyaçı qılıncoynadanları Tbilisidə Dünya Kubokunda çıxış ediblər

Azərbaycanın paralimpiyaçı qılıncoynadanları Tbilisidə Dünya Kubokunda çıxış ediblər Tbilisi. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın əlil arabasında qılıncoynatma idman növü üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda çıxış edib.
Fərdi
10 Noyabr , 2018 16:59
Azərbaycanın paralimpiyaçı qılıncoynadanları Tbilisidə Dünya Kubokunda çıxış ediblər
Azərbaycan Əlil arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov / Report

Tbilisi. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın əlil arabasında qılıncoynatma idman növü üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda çıxış edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Azərbaycan Əlil arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Abdulbağı Abdullayev rapira növündə 4 xal, Aytəkin Həsənova isə rapira və sablya növlərinin hər birində 4 xal əldə edib. A.Məlikov hər iki idmançının dünya səviyyəli yarışa ilk dəfədir qatıldığını vurğulayıb: “Tbilisidəki yarışlar “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İdmançılarımızın əldə etdiyi xallar ümumi reytinqə əlavə olunacaq və reytinqə əsasən lisenziya əldə etmək şansı yaranacaq. Aytəkin Həsənova paralimpiya reytinqində həm rapira və sablya növü üzrə, Abdulbağı Abdullayev isə yalnız rapira növü üzrə 17-ci yeri bölüşüb”.

Federasiya prezidenti qeyd edib ki, beynəlxalq yarışlara qatılmaq təcrübə toplamaqla yanaşı, azərbaycanlı hakimlərin peşəkarlıq səviyyəsinin artırılması baxımından da çox önəmlidir. “Yarışlar çərçivəsində mən, Məryəm Məlikova və Nübar Məlikova beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahanları müvəffəqiyyətlə verdik və ilk mərhələ olaraq namizəd kateqoriyasını qazandıq”.

Qeyd edək ki, Tbilisidə əlil arabasında qılıncoynatma idman növü üzrə Dünya Kubokunda 45 ölkədən 500-ə yaxın əlil idmançı iştirak edir. Yarışa noyabrın 11-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi