Yuxarı
    Bağlamaq

    Azərbaycanın iki velosipedçisi İsveçrədə təcrübə keçəcək

    Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın iki velosipedçisi İsveçrənin Eql şəhərində yerləşən Dünya Velosiped Mərkəzində təcrübə keçəcək.

    Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə razılıq əldə olunub. Sövdələşməyə əsasən, Azərbaycanın U-23 yığmasının üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyev İsveçrədə 6 ay təcrübə keçəcəklər.

    İdmançılar yanvarın 15-dən Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla ustalıqlarını artıracaqlar.

    Qeyd edək ki, UCI hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir. Azərbaycan velosiped tarixində ilk dəfə 2 idmançı eyni anda adı çəkilən mərkəzdə ustalığını artıqmaq şansı əldə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi