Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalına vəsiqə qazanıb

Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalına vəsiqə qazanıb Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.
Fərdi
25 Oktyabr , 2018 16:54
Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalına vəsiqə qazanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının yarımfinalına vəsiqə qazanıb. 

"Report" xəbər verir ki, Rəsul Çunayev və Eldəniz Əzizli finala çıxmaq üçün mübarizə aparacaqlar. Yarışa 1/8 final mərhələsindən başlayan Çunayev ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edib. O, yarımfinalda almaniyalı Frank Stebler ilə qarşılaşacaq. 

Əzizli isə mundiala təsnifat mərhələsindən başlayıb. O, müvafiq olaraq macarıstanlı Jozej Andrasi, çinli Liquo Çaonu və yaponiyalı Şota Tanokuranı mübarizədən kənarlaşdırıb. Əzizlinin yarımfinaldakı rəqibi isə Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia olacaq. 

Azərbaycanın digər iki yunan-Roma güləşçisi Taleh Məmmədov və Rafiq Hüseynov 1/4 finalda məğlub olublar.  

Qeyd edək ki, sərbəst güləşçilərdən yalnız Cəbrayıl Həsənov gümüş medal qazanıb. Qadınların mübarizəsində isə İrina Netreba bürünc medala sahib olub. Digər qadın güləşçi Maria Stadnik isə bu gün final görüşünə çıxacaq. 

Son xəbərlər

Orphus sistemi