Yuxarı

Azərbaycanın güləş yığması Dünya Kubokunda Kuba və Qazaxıstan yığmalarını darmadağın edib - VİDEO

ABŞ-da keçirilən qarşılaşma 9:1 hesabı ilə başa çatıb

Bakı. 8 aprel. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan milli komandası ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kubokunda daha bir görüşünü qələbə ilə başa vurub.

"Report"un məlumatına görə, Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Kubanın ardından Qazaxıstanı da darmadağın edib - 9:1.

Azərbaycanlı pəhləvanlardan yalnız 125 kq çəki dərəcəsində çıxış edən Cəmaləddin Məhəmmədov qələbə qazana bilməyib. Onun görüşündə heç-heçə qeydə alınsa da, qələbə sonuncu xalı qazanan rəqibinə verilib. Qalan güləşçilərdən Əfqan Xaşalov, Əhmədnəbi Qvarzatilov, Hacı Əliyev, Coşqun Əzimov, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Roman Bəkirov qalib olub.

AZƏRBAYCAN - Qazaxıstan 9:1

57 kq. Əfqan Xaşalov - Muxambed Kuatbek - 8:1

61 kq. Əhmədnəbi Qvarzatilov - Rassul Kaliyev - 15*:15

65 kq. Hacı Əliyev - Sayatbek Okassov - 7:1

70 kq. Coşqun Əzimov - Meirjan Aşirov - 7:0

74 kq. Hacımurad Ömərov - Daniyar Kaisanov - 2:1

79 kq. Cəbrayıl Həsənov - Saken Aitjanov - 8:1

86 kq. Aleksandr Qostiyev - Elxan Assadov - 3:0

92 kq. Aslanbek Alborov - İlisxan Çilayev - 10:0

97 kq. Roman Bəkirov - Mamed İbraqimov - 3:2

125 kq. Cəmaləddin Məhəmmədov - Daulet Şabanbay - 3:3*

"B" qrupundakı ilk tur qarşılaşmasında Azərbaycan millisi Kubanı 8:2 hesabı ilə yenib. Qrupda sonuncu görüş bu gün Bakı vaxtı ilə saat 19:00-da Monqolustana qarşı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi