Yuxarı

Azərbaycanın iki idman gimnastı Tokio-2020-yə lisenziya qazanıb - FOTO

​Azərbaycanın daha iki idman gimnastı Tokio-2020 Olimpiya Oyunlarına l

Bədii gimnastlarımızın ardınca kişi və qadın idman gimnastlarımız da Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanıblar.

"Report" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, onlar bu uğuru 4-13 oktyabr tarixlərində Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında əldə etməyi bacarıblar.

Qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Qeyd edək ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır və idmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.

Dünya Çempionatında həmçinin kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Murad AğarzayevNikita Simonov da iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi