Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.
“Report” xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən para atıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov fərqlənib. O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmanıçı sırasına düşüb və bununlada da Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, bunadək güllə atıcılığında Yelena Taranova, parapauerliftinqdə Elşən Hüseynov və paraüzgüçülükdə Roman Saleh gələn il avqustun 25-dən sentyabrın 6-a qədər keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıblar.