Azərbaycanın daha bir güləşçisi dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-5

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-5 Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Fərdi
14 Sentyabr , 2019 11:48
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-5

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizlinin rəqibi monqolustanlı Davabandi Munx Erdende olub. 

Görüş Əzizlinin vaxtından əvvəl tam üstünlüklə qələbəsi ilə yekunlaşıb - 9:0. Onun finala gedən yolda rəqibi qazaxıstanlı Xorlan Jakanşa olacaq.


11:36***

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 82 kq çəkidə yer alan Hüseynovun rəqibi qazaxıstanlı Maxat Yerejepov olub. Görüş Hüseynovun vaxtından əvvəl qələbəsi ilə yekunlaşıb - 7:1. 

Azərbaycanlı pəhləvanın atdığı fənddən sonra Yerejepov zədələnib. Həkimlərin müdaxiləsinə baxmayaraq, yerli güləşçi mübarizəni davam etdirə bilməyib. Bu zaman Hüseynov Yerejepova yaxınlaşaraq, ona təsəlli verməyi də unutmayıb.

Hüseynovun yarımfinaldakı rəqibi iranlı Said Morad Abvali olacaq.


11:30***

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 72 kq çəkidə yer alan Süleymanovun rəqibi macarıstanlı Balint Koprasi olub.

Görüş Koprasinin qələbəsi ilə yekunlaşıb – 0:6.


10:39***

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 82 kq çəkidə yer alan pəhləvanın rəqibi ukraynalı Yuri Şkryuba olub.

Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0. O, 1/4 finalda qazaxıstanlı Maxat Yerejepovla qarşılaşacaq.

55 kq çəkidə yarışan dünya və Avropa çempionu Eldəniz Əzizli isə 1/8 finalda hindistanlı Manjet Manjeti üstələyib - 8:0. O, 1/4 finalda monqolustanlı Davabandi Munx Erdende ilə görüşəcək.

63 kq çəkidə güləşən Elman Muxtarov isə 1/8 final mərhələsində ermənistanlı Slavik Qalstyanla üz-üzə gəlib. Muxtarov qarşılaşmanın əvvəlində hesabda geri düşsə də, sonradan üstünlüyü ələ alıb. O, ilk hissəni öndə tamamlayıb - 7:3.

Lakin ikinci hissədə Muxtarov üstünlüyü əldən verərək, uduzub - 7:14.


10:20***

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 72 kq çəkidə yer alan pəhləvanın rəqibi gürcüstanlı Yuri Lomadze olub.

Görüş Süleymanovun qələbəsi ilə yekunlaşıb - 9:5. O, 1/4 finalda macarıstanlı Balint Koprasi ilə güləşəcək.


09:33***

Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 72 kq çəkidə yer alan yunan-Roma güləşçisi Sənan Süleymanov təsnifat mərhələsində xorvatiyalı Dominik Etlingeri məğlub edib - 2:0. O,1/8 finalda gürcüstanlı Yuri Lomadze ilə üz-üzə gələcək.

82 kq çəkidə yarışan Rafiq Hüseynov isə moldovalı Mihail Bradunu 6:0 hesabı ilə üstələyib. Onun 1/8 finaldakı rəqibi ukraynalı Yuri Şkryuba olacaq.

Son xəbərlər

Orphus sistemi