Yuxarı

Azərbaycan cüdoçusu dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB

O, ilk görüşdə venesuelalı Anrikuelis Barriosa ipponla uduzub

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Gülsədəf Kərimova Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı mübarizəni erkən dayandırıb.

“Report”un məlumatına görə, bu gün tatami üzərinə çıxan yeganə yığma üzvü yarışa 1/32 finaldan başlayıb. O, ilk görüşdə venesuelalı Anrikuelis Barriosa ipponla uduzub. Döyüş 43 saniyə çəkib.

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.


*** 10:18

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 

“Report”un məlumatına görə, bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxacaq.

Mübarizəyə 1/32 finaldan başlayacaq Gülsədəf Kərimova venesuelalı Anrikuelis Barriosla qarşılaşacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qadınlar

63 kq

1/32 final. Gülsədəf Kərimova - Anrikuelis Barrios (Venesuela)

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi