Azərbaycanın boks yığması beynəlxalq turnirin qalibi olub

Azərbaycanın boks yığması beynəlxalq turnirin qalibi olub Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın gənc boksçulardan ibarət yığması Gürcüstanın Kutaisi şəhərindəki beynəlxalq turnirin qalibi olub.
Fərdi
12 İyun , 2018 09:55
Azərbaycanın boks yığması beynəlxalq turnirin qalibi olub
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın gənc boksçulardan ibarət yığması Gürcüstanın Kutaisi şəhərindəki beynəlxalq turnirin qalibi olub.

“Report” xəbər verir ki, yığma 5 qızıl və 4 gümüş medalla rəqiblərini qabaqlayıb. 

Komandanın heyətində Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar.

Bundan başqa, Vüqar Hüseynov turnirin ən yaxşı boksçusu seçilib.

Qeyd edək ki, yarışda ev sahibləri ilə yanaşı, Rusiya və Ermənistan yığmaları da mübarizə aparıblar. Milli bu gün vətənə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi