Yuxarı

Azərbaycanın 8 güləşçisi "Alans" beynəlxalq turnirində iştirak edəcək

Hicran Şərifov isə Dünya Güləş Birliyi tərəfindən yarışa hakim-instruktor təyin edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, noyabrın 18-də start götürəcək yarışda baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yığmanın 8 üzvü mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.

I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və turnirin gedişinə nəzarət edəcək. Görüşlərin idarə edilməsində isə Azərbaycanı beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.

Turnirin proqramına əsasən, noyabrın 18-də 57 kq, 65 kq, 74 kq və 97 kq çəkidə, noyabrın 19-da isə 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrindəki pəhləvanlar arasında qaliblər müəyyənləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi