Yuxarı

İslamiada: Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığması yarımfinala yüksəlib

Mərakeş və Səudiyyə Ərəbistanı qrupda qalıb

Bakı. 15 may. REPORT.AZ/ 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. 

"Report"un məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda A qrupunda 3-cü tur matçında Mərakeş yığması ilə qolsuz heç-heçə edib. Qrupun digər oyununda Kamerun Səudiyyə Ərəbistanını darmadağın edib - 3:0. Bu nəticələrdən sonra Kamerun, Azərbaycan və Mərakeş hərəyə 5 xalla ilk 3 pillədə qərarlaşıblar. Lakin daha yaxşı top fərqi səbəbindən Kamerun 1-ci, Azərbaycan 2-ci pillənin sahibi kimi növbəti mərhələyə yüksəlib. Mərakeş isə 1 xala malik Səudiyyə Ərəbistanı ilə birgə qrupda qalıb. 

Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda B qrupunu qalibi Əlcəzair millisi ilə qarşılaşacaq. Kamerun isə Omana rəqib olub. Hər iki oyun mayın 18-də "Dalğa Arena"da keçiriləcək. Azərbaycan - Əlcəzair matçı saat 12:30-da, Kamerun - Oman görüşü isə saat 18:30-da başlanacaq.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi