Yuxarı

​Azərbaycanı Rio Olimpiadasında təmsil edən 33 idmançı çıxışını başa vurub

Hazırda 26 atlet mübarizəni davam etdirir

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 33-ü çıxışını tam başa vurub.

"Report"un məlumatına görə, ötən yarış günündə ölkəmizin aktivinə 1 bürünc medal yazılıb.

Yunan-Roma güləşçisi Sabah Şəriəti 130 kq. çəki dərəcəsində fəxri kürsüdə yer alıb. Daha öncə cüdoçu Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazanıb.

Daha bir yunan-Roma güləşçisi Saman Təhmasibi 85 kq. çəkidə 13-cü yerlə kifayətlənib. Yeganə qadın boksçu Yana Alekseyevna 60 kq. çəkidə 1/4 finala təsadüf edən ilk görüşündə uduzub. 3 təkanla uzununa tullanan Nazim Babayev isə seçmə mərhələni dəf edə bilməyərək, 25-ci yerlə kifayətlənib.

Bununla da Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 30-a çatıb.

Onlardan yarısı - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk legionerdir.

Qeyd edək ki, Azərbaycanın mübarizəni davam etdirən idmançılarından boksçu Kamran Şahsuvarlı (75 kq) ötən gün yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özünə təmin edib. Digər boksçu Elvin Məmişzadə (52 kq) də Lorentso Sotomayor (64 kq) kimi 1/4 finala yüksəlib. Kayakçı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) həm seçmə, həm də yarımfinal yürüşlərini birinci pillədə başa vuraraq, finala adlayıb. Daha 20 idmançı isə qalan günlərdə mübarizəyə qoşulacaq.

Güləş

Yunan-Roma

Sabah Şəriəti (130 kq) - bürünc

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub

Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib

Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşaavarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə "B" qrupunda 7-ci yer

Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi