Bakı. 20 fevral. REPORT.AZ/ Dünya Bankı Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı xüsusi təkliflər paketi hazırlayır.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) "Report"a verilən məlumata görə, bununla əlaqədar mərkəzi ofisi Danimarkada yerləşən ekoloji sahə üzrə ixtisaslaşmış COWI konsaltinq şirkətinin nümayəndələri mövcud durumu öyrənmək üçün Azərbaycana səfər edib.
Şirkətin baş mütəxəssisi Henrik Qrill keçirdiyi görüşlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) da olub. Ona son illər ərzində velosipeddən istifadə hallarının xeyli artması barədə məlumat verən AzVİF-in baş katibi Fərhad Əliyev federasiya tərəfindən həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin böyük fayda verdiyini deyib.
Baş katibin sözlərinə görə, Prezident
H.Qrill isə federasiyanın həyata keçirdiyi təbliğat işlərini yüksək qiymətləndirərək Azərbaycanda olacağı müddət ərzində bir sıra dövlət qurumları ilə görüşlər həyata keçirdiyini və müzakirələrin qarşıdakı günlərdə də davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrinin istifadəsini genişləndirməkdir və bununla bağlı xüsusi təkliflər hazırlanıb Azərbaycan hökumətinə təqdim ediləcək.