Yuxarı

Azərbaycanda əhalinin daha çox hansı idman növünə maraq göstərdiyi açıqlanıb

İdmanın müxtəlif növlərində məşğul olanların sayı 400 mindən çoxdur
© Report

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycanda ötən il idman qurğularının sayı 11,2 minə çatıb, idman seksiyalarında məşğul olanların sayı isə 425,5 min nəfər təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, dama, basketbol, sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərilir.

Ötən il müxtəlif beynəlxalq yarışlarda gənc idmançılar tərəfindən 837 medal qazanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi