Azərbaycan yığmasının Dünya Kuboku üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Dünya Kuboku üçün heyəti açıqlanıb 8 qadın güləşçidən ibarət heyətdə Mariya Stadnik də var
Fərdi
5 Mart , 2015 14:01
Azərbaycan yığmasının Dünya Kuboku üçün heyəti açıqlanıb

Bakı. 5 mart. REPORT.AZ/ Martın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 8 güləşçi mübarizə aparacaq.

Qonşu ölkədə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) çıxış edəcək. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

2 gün davam edəcək turnirin A qrupunda Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə mübarizə aparacaq. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayacaq.

Qeyd edək ki, yarış proqramına əsasən, martın 7-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri 3-cülük uğrunda qarşılaşmada üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi