Azərbaycan Yay Paralimpiya Oyunlarında 6-cı medalını qazanıb

Azərbaycan Yay Paralimpiya Oyunlarında 6-cı medalını qazanıb Buna 200 metr qaçışda bürünc mükafat qazanan atletimiz Yelena Çebanu nail olub
Fərdi
12 Sentyabr , 2016 21:43
Azərbaycan Yay Paralimpiya Oyunlarında 6-cı medalını qazanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında 6-cı medalını qazanıb.

"Report"un məlumatına görə, buna 200 metr qaçışda bürünc mükafat qazanan atletimiz Yelena Çebanu nail olub.

Həmin məsafəni ilk təsnifat mərhələsində 24,16 saniyəyə qaçan Çebanu finala çıxıb. Burada isə idmançımız 23.80 saniyə nəticə göstərərək kubalı və ukraynalı həmkarlarından geri qalıb.

Bu, Çebanunun 2-ci gümüş medalıdır. O, hazırkı paralimpiadada 100 metr məsafəyə qaçışda gümüş medalçı olmuşdu.

Xatırladaq ki, ölkəmiz daha öncə Rioda cüdoçu Ramil Qasımovla (73 kq) qızıl, cüdoçu Bayram Mustafayev (66 kq), atlet Kamil Əliyevlə (uzununa tullanma) gümüş və cüdoçu Rövşən Səfərovla (81 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi