Yuxarı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan veloyürüş keçirilib

Bakı. 28 may. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirib.

“Report” xəbər verir ki, veloyürüşdə DTX-nin rəisi general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi