Yuxarı

​Azərbaycan velosipedçisi "Rio-2016"ya 30 lisenziya xalı qazanıb

Yelena Pavluxina Fransadakı veloyürüşdə 5-ci yeri tutub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən birgünlük "Chrono des Nations" veloyürüşündə 5-ci yeri tutub. Azərbaycan Velosiped İdman Federasiyasından "Report"a verilən məlumata görə, qadın velosipedçi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verən və fərdi ötüşmə sistemi üzrə keçirilən yarışda 21 km məsafəni 29 dəqiqə 31 saniyəyə qət edib. 

Nəticədə Y.Pavluxina "Rio-2016"ya 30 lisenziya xalı qazanıb.

Hazırda Azərbaycan idmançısının aktivində ümumilikdə 53 reytinq xalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi