Azərbaycan velosipedçisi “Dentergem” turunun qalibi olub

Azərbaycan velosipedçisi “Dentergem” turunun qalibi olub Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın şosse velosipedi üzrə Elit yığmasının və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub.
Fərdi
17 İyul , 2018 16:44
Azərbaycan velosipedçisi “Dentergem” turunun qalibi olub

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın şosse velosipedi üzrə Elit yığmasının və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub.

“Report” xəbər verir ki, 169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış Pozdnyakovun solo-finişi ilə yadda qalıb.

Ötən ay Azərbaycan çempionatının qalibi olmuş idmançı çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat 45 dəqiqə 30 saniyəyə başa vurub. O, ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.

Qeyd edək ki, 1954-cü ildən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır. Müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.

Son xəbərlər

Orphus sistemi